Daha bir qızıl medal qazandıq

17:39   19 May 2017    Oxunub: 875

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları çərçivəsində suya tullanma yarışları davam edir.

AzVision.az-ın məlumatına görə, qadınlar arasında 10 m platformadan suya tullanma yarışında Azərbaycan təmsilçisi Olqa Bıkovskaya hamıdan üstün olaraq qızıl medal qazanıb.

Yarışda ikinci yeri İndoneziya, üçüncü yeri isə Türkiyə idmançısı tutub.

Qeyd edək ki, bu, Azərbaycanın İslamiadada 60-cı qızıl medalıdır.

AzVision.az


Teqlər: İslamiada  




Rubrikanın digər yazıları