Daha bir idmançımız qızıl medal qazandı

18:30   19 May 2017    Oxunub: 312

İslamiadada sərbəst güləş yarışlarının birinci günündə Azərbaycan idmançısı Mahir Əmiraslanov qızıl medal qazanıb.

AzVision.az xəbər verir ki, yarışda 57 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz Mahir Əmiraslanov gərgin idman mübarizəsi şəraitində keçən həlledici qarşılaşmada Qazaxıstan təmsilçisi Jandos İsmailova 5:4 hesabı ilə qalib gələrək IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva final qarşılaşmasına baxıb.

AzVision.az

Teqlər: Baku-2017    




Rubrikanın digər yazıları