Zabit Səmədov “Sümükqıran”la döyüşəcək

23:48   12 Avqust 2017    Oxunub: 661

Azərbaycanlı məşhur idmançı Zabit Səmədov növbəti görüşünü keçirəcək.

Səmədovun budəfəki rəqibi hollandiyalı idmançı “Sümükqıran” ləqəbli Errol Zimmerman olacaq. 2008-ci ildə “K-1” üzrə keçirilən çempionatda Errol Zabitə minimal xal üstünlüyü ilə qalib gəlib.

Avqustun 23-də keçiriləcək görüş Çeçenistanın birinci prezidenti Əhməd Kadırovun xatirəsinə həsr ediləcək.

Qeyd edək ki, Zabit Səmədovun aktivində 107 döyüş, 97 qələbə, 1 heç-heçə və 9 məğlubiyyət var.

AzVision.az

Teqlər: Zabit-Səmədov    




Rubrikanın digər yazıları